AZ

Rusiya ordusu bu ərazini də ƏLƏ KEÇİRİR

Ajans.az xəbər verir ki, bu məlumatı “Rossiya 24” telekanalının canlı yayımı zamanı respublika rəhbəri Denis Puşilin bildirib.  “Konstantinovka istiqamətində görürük ki, bizim bölmələr də irəliləyir. Tutaq ki, azadlıq xətti Konstantinovka qəsəbəsinin özünə yaxınlaşır”, - Puşilin bildirib. Onun qeyd etdiyi kimi, bu şəhər təchizat baxımından strateji mövqe tutur, çünki Ukrayna Silahlı Qüvvələrinin bütün maddi-texniki təchizatı buradan iki istiqamətdə keçir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, rus qoşunları DXR-in Novoukrainka kəndinə nəzarəti ələ keçirə bilib. İdarədən bildirilib ki, uğurlu missiya Mərkəzi Qrupun döyüşçüləri tərəfindən yerinə yetirilib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
42
4
Ajans.az

10Mənbələr