AZ

Sahibə Qafarova Özbəkistanda səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün sözügedən ölkəyə işgüzar səfərə gedib

Ürgənc şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.

Seçilən
245
21
teleqraf.com

10Mənbələr