AZ

“Sabah”ın Avropa Liqasındakı rəqibi “Everton”dan ayrılan qapıçını edib

Bakı, 30 iyun, AZƏRTAC

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq “Tselye” komandası yeni futbolçu transfer edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi İngiltərənin “Everton” klubu ilə müqaviləsi başa çatan qapıçı Jan-Lyuk Libanı heyətinə qatıb. 22 yaşlı qolkiperlə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi “Sabah” "Tselye" ilə ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına bir həftə sonra səfərdə çıxacaq.

 

Seçilən
12
35
azertag.az

10Mənbələr