AZ

AYNA: Qeyri-iş günlərində 60 minə yaxın sərnişin daşınıb

Bu il iyunun 26-29-da qeyri-iş günlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 60 minə yaxın sərnişin daşınıb...

Bu barədə Poliqon-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1 249 reys həyata keçirilib, 27 510 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib. Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 3 144 reyslə 32 062 sərnişin daşınıb.

Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Poliqon.info

Seçilən
6
50
poliqon.info

10Mənbələr