"Football-plus.az" xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu öz sosial şəbəkə hesablarına paylaşım edib.
O, Polşa təmsilçisi ilə vidalaşıb:
"Təşəkkürlər, “Radomyak”. Klub üçün hər şeyin ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik".
Qeyd edək ki, Renat bu ilin fevralından "Radomyak"ın formasını geyirdi. O, həmin müddət ərzində 2 qol vurub.
Xatırladaq ki, bu yay Rahil Məmmədov da "Radomyak"dan ayrılıb.