AZ

Ermənistan XİN: Rusiyanın Ermənistanın daxili işlərinə qarışmaması daha yaxşı olardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu ölkədə danışıqlar aparan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə keçirdiyi mətbuat konfransında Lavrovun Ermənistandakı hadisələrlə bağlı açıqlamalarını dəyərləndirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Lavrovun iqtidarın kilsəyə qarşı mübarizəsi ifadəsini işlətdiyini deyən Mirzoyan bildirib: "Lavrovun verdiyi məlumatlar heç də həqiqəti əks etdirmir. Ermənistanda hüquqi proses gedir və bu, Ermənistanın daxili işidir. Lavrovun Ermənistanın daxili işlərinə qarışmaması daha yaxşı olardı".

Rusiya rəsmiləri, parlamentariləri və media ekspertləri Ermənistanın suverenliyinə daha çox hörmət göstərməli və bir daha heç vaxt daxili işlərimizə qarışmağa cəsarət etməməlidirlər”.

 

Seçilən
40
48
operativmedia.az

10Mənbələr