Bakı. Trend:
Son günlər Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələrAzərbaycanda ciddi narahatlıq doğurub. Azərbaycan vətəndaşlarınınkütləvi şəkildə saxlanılması, onlara qarşı qeyri-insani rəftarınolması, hüquq-mühafizə orqanları tərəfindən kobud güc tətbiqolunması və bəzi hallarda ölüm hallarının qeydə alınması cəmiyyətdərezonansa səbəb olub. Faktlar göstərir ki, saxlanılanazərbaycanlılara qarşı Rusiyanın xüsusi xidmət orqanları tərəfindənvəhşicəsinə işgəncələr tətbiq olunub. Məhkəmə qarşısına çıxarılanşəxslərin üzərindəki açıq-aşkar izlər – göyərmiş sifətlər, şişmişgözlər – hər şey öz dilində danışır. Hətta işgəncələr nəticəsindəbir neçə azərbaycanlı dünyasını dəyişib. Hadisənin təfərrüatı hələdə Rusiya rəsmiləri tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.Sükut, əslində, etirafın fərqli bir formasıdır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayevdeyib.
"Azərbaycan və Rusiya arasında illərdir strateji tərəfdaşlıqmünasibətləri qurulub. İki ölkə arasında siyasi, iqtisadi vəhumanitar sahələrdə əməkdaşlıq sənədləri imzalanıb, dövlətbaşçıları arasında mütəmadi əlaqələr mövcuddur. Lakin son vaxtlarbaş verən hadisələr göstərir ki, bu tərəfdaşlıq birtərəfli tətbiqolunur və rusiyalı rəsmi dairələrin real davranışlarında əksinitapmır. Əgər iki dövlət arasında etimad və hörmət prinsipləri əsasgötürülürsə, niyə Azərbaycan vətəndaşları Rusiyada milliyyətinəgörə təqib olunur, döyülür, öldürülür? Niyə bu qədər insan hüququpozuntusu fonunda Rusiya rəsmi qurumları susur? Yekaterinburqda başverənlər təkcə hüquqi yox, həm də siyasi məsələdir.Azərbaycanlılara qarşı bu cür rəftar Rusiya daxilində milliyətçiyanaşmaların və ayrı-seçkiliyin gücləndiyini göstərir. Bu, təkcəazərbaycanlılara deyil, ümumiyyətlə, qeyri-rus millətlərə qarşıaqressiv münasibətin artdığının əlamətidir. Artıq hadisələrinüstündən bir neçə gün keçməsinə baxmayaraq, Rusiya rəsmiləri hələdə azərbaycanlıların işgəncələr nəticəsində ölməsi ilə bağlı heçkəsi məsuliyyətə cəlb etməyib. Əksinə, Rusiya tərəfi cəfəngbəraətlər səsləndirməyə davam edir. Belə ki, onların sözlərinəgörə, ölənlərdən biri guya ürəktutmasından dünyasını dəyişib,digərinin isə ölüm səbəbi aradşrırılır. Lakin sağ qalan vəməhkəməyə çıxarılan azərbaycanlıların üzlərindəki yaralardan daaçıq-aydın bəlli olur ki, onlar qeyri-insani rəftara məruzqalıblar, döyülüblər və işgəncə görüblər. Amma Rusiya tərəfi həmişəolduğu kimi, bu məsələni də ört-basdır etmək istəyir", - obildirib.
A.Qarayev qeyd edib ki, Rusiya tərəfinin məsuliyyətdən yayınmağaçalışması bir ilk deyil, onlar bunu həmişə etməyə çalışırlar.
"Uzağa getməyə gərək yoxdur. Ötən ilin sonunda Azərbaycan HavaYollarına məxsus sərnişin təyyarəsi Qroznı üzərində vuruldu,Aktauda qəzaya uğradı, hadisə nəticəsində onlarla insan həlak oldu.Bu hadisəyə görə hələ də heç bir izahat və üzr təqdim edilməyib.Rusiya tərəfi susur. Kreml heç kəsi məsuliyyətə cəlb etmir. Halbukibu, çox ciddi hadisədir və onun üstündən sükutla keçmək mümkündeyil. Azərbaycanın xalqı da, hakimiyyəti də cavab, günahkarlarınməsuliyyətə cəlb edilməsini, rəsim şəkildə təyyarənin vurulmasınagörə üzürxahlıq tələb edir. Amma, dediyim kimi, Rusiya həmişəolduğu kimi, burada da məsuliyyətdən yanaşmağa çalışır, susur. Nəkimisə cəzalandırırlar, nə də üzr istəyirlər", - o bildirib.
Bundan əlavə, politoloq vurğulayıb ki, son aylarda Azərbaycanxəbər portallarına və dövlət saytlarına qarşı yönəlmişkiberhücumlar da mənbə olaraq Rusiyaya bağlanır.
"Mütəxəssislər bu hücumların koordinasiyalı şəkildə həyatakeçirildiyini, texniki izlərin isə Rusiya serverlərinə aparıbçıxdığını bildirirlər. Hədəfdə dövlət informasiya sistemləri, xəbəragentlikləri və ictimai rəy formalaşdıran platformalar olub. Bu,informasiya müharibəsinin təzahürüdür və onun arxasında dost yox,düşmən niyyət dayanır. Bunun ardınca Milli Məclisin deputatı AzərBadamovun Rusiyaya buraxılmaması faktı ortaya çıxdı.
Rəsmi Moskva buna hər hansı açıqlama vermədi. Halbuki belədavranış dost və tərəfdaş münasibətlərinə ziddir. Bütün buelementlər - fiziki təqib, işgəncə, ölüm, kiberhücum və diplomatiktəzyiqlər * Rusiyanın Azərbaycanla münasibətlərində ikilistandartlar tətbiq etdiyini və milliyətçi mövqedən çıxış etdiyinigöstərir. Bu münasibətlərdə məhz Azərbaycan nümunəvi bir dövlətkimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, amma Rusiya özöhdəliklərindən yayınır", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, bu cür aqressiyanın fonunda Azərbaycancəmiyyətində yaşayan ruslara münasibət nümunəvi sayıla bilər.Azərbaycan çoxmillətli bir dövlətdir və burada rus icması özünütəhlükəsiz və komfortlu hiss edir. Bunu rus icmasının nümayəndələritəsdiq edir, hətta onlar Yekaterinburqda azərbaycanlılara qarşı sonhadisələri də pisləyib, günahkarları məsuliyyətə cəlb etməyəçağırıblar.
"Azərbaycanda onlarla rus məktəbi fəaliyyət göstərir, aliməktəblərdə rus bölmələri açıqdır, rus dilində qəzetlər, televiziyakanalları yayımlanır. Rusiyalı turistlər və iş adamlarıAzərbaycanda heç bir ayrı-seçkiliklə qarşılaşmadan sərbəst şəkildəfəaliyyət göstərirlər. Rusiya vətəndaşları burada mülkiyyət alır,biznes açır, ailə qurur və rahat həyat yaşayırlar. Azərbaycandövləti uzun illərdir multikulturalizmi dövlət siyasəti səviyyəsinəqaldırıb. Prezident İlham Əliyev dəfələrlə bildirib ki,Azərbaycanda bütün millətlər və dinlər bərabər hüquqlara malikdir,aralarında heç bir ayrı-seçkilik yoxdur. Bu gerçəkliyin qarşısındaRusiyada azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqlar dahada ağrılı görünür. Sual yaranır: əgər Azərbaycanda ruslara qarşıheç bir basqı yoxdursa, niyə Rusiyada azərbaycanlılara qarşı buqədər aqressiv münasibət var? Burada da insanın ağlına bir cavabgəlir - milliyətçilik", - o bildirib.
Politoloq qeyd edib ki, işgəncə və qeyri-insani rəftarbeynəlxalq hüquqda ən ağır cinayətlərdən sayılır.
"Hər bir dövlət öz ərazisində olan xarici vətəndaşların, ayrımillətdən olan öz vətəndaşlarının təhlükəsizliyinə təminatverməlidir. Rusiya isə bu məsuliyyəti yerinə yetirmir. Əksinə,dövlət strukturlarının iştirakı ilə hüquq pozuntuları baş verir vəheç bir məsul şəxs cəzalandırılmır. Düşünürəm ki, rəsmi Bakı Rusiyailə olan münasibətlərdə bu faktları nəzərə alaraq daha sərt vəprinsipial mövqe sərgiləməlidir. Azərbaycan cəmiyyətində buhadisələrə qarşı artıq ciddi etiraz formalaşmağa başlayıb. Sosialşəbəkələrdə, mediada və ictimai debatlarda bu məsələ geniş müzakirəolunur. İnsanlar öz mövqelərini bildirir, Rusiya tərəfininsusqunluğunu və zorakılığını tənqid edir. Rusiyada azərbaycanlılaraqarşı baş verən son hadisələr təkcə hüquqi yox, eyni zamanda,mənəvi və siyasi problemdir. Bu, iki dövlət arasında etimadın ciddişəkildə zədələnməsinə səbəbdir. Dostluq və tərəfdaşlıq kağızüzərində yox, real addımlarda öz əksini tapmalıdır. Əks halda, bumünasibətlər sadəcə formal bəyanatlardan ibarət olacaq", -A.Qarayev əlavə edib.