AZ

Ali Radanın deputatı: Yekaterinburqda baş verənlər Rusiyanın ksenofob imperiya olduğunun növbəti sübutudur

Rusiyada etnik zəmində təqib baş verir. Bu dəfə qurbanlar azərbaycanlılar oldu.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko bildirib.

"Bütün bunlar Rusiyanın ksenofob imperiya olduğunun növbəti sübutudur. Burada daim hər şeydə günahkar olan yad, fərqli insan axtarılır", -Qonçarenko vurğulayıb.

O qeyd edib ki, belə günahkarlar ukraynalılar, Baltik ölkələrinin nümayəndələri idisə, indi azərbaycanlılar olub:

"Təəssüf ki, bu, onların müntəzəm olaraq həyata keçirdikləri təcrübədir. Azərbaycan hökumətinin sərt reaksiyası çox düzgündür. Rusiyaya məxsus tədbirlər ləğv edilir, araşdırma tələb olunur. Moskvanın başa düşdüyü yeganə dil güc dilidir və Azərbaycan bu mənada özünü çox ləyaqətlə aparır", Qonçarenko əlavə edib.

Seçilən
25
5
report.az

10Mənbələr