AZ

Bu qidalardan uzaq durun Həkimdən XƏBƏRDARLIQ

ain.az, News24 portalına istinadən məlumat verir.

Ürək xəstəlikləri hələ də ən çox görülən ölüm səbəblərindən biridir. Mütəxəssislərə görə, bu riski azaltmaq düşündüyünüzdən də sadədir. 

Ürək sağlamlığı həyat müddətinə və keyfiyyətinə birbaşa təsir edir. Xüsusilə ürək tutması və damar xəstəliklərinə bağlı ölüm hallarının dünya üzrə ən geniş yayılmış ölüm səbəbləri arasında olması diqqət çəkir. 

News24.az xəbər verir ki, kardioloq Dr. Sonya ürək xəstəliklərinə qarşı nə etməli olduğumuzla bağlı danışıb:

Ürək xəstəliyinin gizli səbəbi: ultra emal olunmuş qidalar

Ultra emal olunmuş qidalar yüksək miqdar şəkər, duz və doymuş yağ ehtiva edir. Bu isə damarların sərtləşməsinə, təzyiqin yüksəlməsinə və xolesterol səviyyəsinin artmasına səbəb olur.

Dr. Sonya’nın dediyi təhlükəli qidalar bunlardır: 

1. Sosiskalar

2. Sənaye üsulu ilə hazırlanmış çörəklər və səhər yeməyi yarmaları

3. Hazır şorbalar

4. Çips və biskvitlər

5. Meyvə aromalı qatıq və dondurmalar

Dr. Sonya bu qidalar yerinə buğdalı bitkilər, tərəvəz, meyvə və təzə qidaların seçilməsini tövsiyə edir. “Daha az şəkər, daha az duz və daha çox təbii qida” ürək üçün sağlam həyatın əsas prinsiplərindəndir.

Onun fikrincə, yalnız qidalanma yox, həyat tərzi də önəmlidir:

1.Həftədə ən az 150 dəqiqə orta səviyyədə fiziki aktivlik

2. Sağlam bədən çəkisini qorumaq

3. Siqaret çəkməmək

4.Qan təzyiqi və xolesterol səviyyəsini müntəzəm yoxlatmaq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
50
news24.az

10Mənbələr