Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Məşhur model Çağla Şıkellə boşandıqdan sonra şəxsi həyatını gizli saxlayan məşhur müğənni Emre Altuğ bir müddət əvvəl sevgisini etiraf edib.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, sənət dünyasından bir xanımla birlikdə olduğunu deyən Emre Altuğ bir ildir davam edən münasibətin təfərrüatlarını açıqlamayıb.
Ötən gün aparıcı Didem Delen paylaşımı ilə diqqət çəkib. O sevgilisinin əlinini fotosunu paylaşıb. Bu zaman həmin şəxsin Emre Altuğ olduğu bəlli olub.
Qeyd edək ki, Didem Delen "Kısmetse Olur" proqramı ilə məşhurlaşıb. O Adnanla olan sevgi hekayəsi ilə populyarlıq qazanıb.
O hazırda maqazin verilişlərinin birinin aparıcısıdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.