AZ

Ukrayna ordusu Luqansk və Donetskə kütləvi zərbələr endirdi - FOTO/VİDEO

BAKI. 1 iyul. TELEQRAF

İyulun 1-nə keçən gecə Ukrayna ordusu Rusiyanın işğalı altında olan Luqansk və Donetsk bölgələrinə kütləvi zərbələr endirib.

Teleqraf xəbər verir ki, Rusiyanın “Telegram” kanallarında bununla bağlı çoxlu foto və videolar yayılıb.

Məlumata görə, Luqans şəhərində partlayışlar və yanğınlar olub.

Şəhər pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb - səmada 20-dən çox dron qeydə alınıb.

Rusiya kanalları Donetskə hücum zamanı Ukrayna ordusunun Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etdiyini bildirib.

Seçilən
308
33
teleqraf.com

10Mənbələr