AZ

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn edilməsi üçün Ağcabədiyə gətirilib

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn edilməsi üçün Ağcabədiyə gətirilib.

“Report”un Qarabağ Bürosu xəbər verir ki, mərhumların cənazəsi səhər saatlarında Ağcabədi şəhəri Xəlfələddin küçəsində yaşayan qardaşın evinə gətirilib.

Vida mərasimi keçirildikdən sonra mərhumların nəşi Hacıbədəlli kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Seçilən
5
50
report.az

10Mənbələr