AZ

Rusiyada öldürülən azərbaycanlıların meyiti Ağcabədiyə gətirilib - FOTOLAR (Yenilənib)

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib.

Mia.az xəbər verir ki, mərhumların cənazəsi səhər saatlarında Ağcabədi şəhəri Xəlfələddin küçəsində yaşayan qardaşının evinə gətirilib.

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək.

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yaxınlarına təhvil verilib.

Mia.az Report-a istinadla xəbər verir ki, meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi təyyarə ilə Vətənə gətirilib.

Mia.az xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 20:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Seçilən
0
46
mia.az

10Mənbələr