AZ

Ziyəddin Səfərovun ekspertiza nəticələri Rusiyadakı ekspertiza nəticəsi ilə üst-üstə düşməyib

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərfindən öldürülən azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb.

Teleqraf xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib ki, dünən meyitlər axşam 10-11 radələrində bizim şöbəyə qəbul edildi. Meyitlərin müayinəsi gecəyarısı başa çatıb.
"Səfərov Ziyəddin Mehdi oğlunun ölüm haqqında şəhadətnaməsində onun ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib.
Biz meyitin xarici müayinəsi zamanı onun sağ gözündə qançırlar, döş qəfəsində assimetrik deformasiya, sağrı, bud, baldır və topuq nahiyyələrinin sıyrıq və qançırlar, xayalıq nahiyəsində göyümtül qançırlar aşkarladıq.
Daxili müayinədə aşkarlanan dəyişiklər birinci qardaşda olduğu kimiydi. Belə ki, başın yumşaq və sərt qişalarına qansızmalar, döş qəfəsinin sıxılması, sınıqlar, qabırğaların ilitərəfli yerdəyişmiş sınıqlar, paranefral sahədə qanyığılma, hematomalar, döş qəfəsinin 7-8-ci fəqərələri nahiyyəsində qansızmalar.
Ölüm səbəbi qeyd edilən travmalarla bağlı ağır postravmatik şok olduğunu aşkarladıq və bizim nəticə Rusiyadakı ekspertiza nəticəsi ilə ziddiyyət təşkil edir.

Seçilən
3
44
teleqraf.com

10Mənbələr