AZ

Yekaterinburqda bu dəfə azərbaycanlı qadına hücum etdilər

Rusiyanın Yekaterinburq şəhərində daha bir azərbaycanlı şəxsə hücum edilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “KRİK-TV”nin əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqdakı “Baku Plaza” ticarət mərkəzində yerləşən “Nar&Sharab” restoranında çalışan Telli adlı xanıma hücum edib.

Bildirilib ki, Kuznetsov çəkiliş qrupu ilə birlikdə restoran açılmamışdan əvvəl oraya gəlib və onları içəri buraxmağı tələb edib.

Restoran işçisi onlara yaxınlaşaraq iaşə müəssisəsinə gəlmə səbəblərini öyrənmək istəyib və bildirib ki, məkan saat 12:00-da açılır.

Bu zaman həmin şəxslər qışqıraraq qadını videoya çəkib və yenə də restorana daxil olmağa təkid ediblər.

Daha sonra A.Kuznetsov Tellinin əlindən tutaraq onu küçə boyu sürükləməyə başlayıb, xəsarət yetirib, daha sonra isə pencəyindən yapışaraq qadını yerə yıxmağa cəhd edib.

Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib və müşahidə kameralarına düşüb.

Seçilən
0
14
publika.az

10Mənbələr