Rusiyada son baş verən hadisələr fonunda Azərbaycana qarşı növbəti təxribat əməlinin üstü açılıb.
”Bakuinfo” oxu.az-a istinadən xəbər verir ki, 2025-ci ildə Rusiyanın "Knijnıy Mir" nəşrində Erməni diasporuna məxsus və Dialoq təşkilatının maliyyə dəstəyi ilə "Dağlıq Qarabağ"ın memarlıq şedevrlərini kim və kimin torpağında yaradıb?" ("Кто и на чьей земле создал архитектурные шедевры Нагорного Карабаха?") adlı kitab nəşr olunub.
Kitabın müəllifi Moskvada "Bolşoy Teatrın" rekonstruksiyasında iştirak etmiş, müxtəlif mükafatlara layiq görülmüş rusiyalı memar Nikita Şangindir.
Kitabın nəşr olunduğu "Knijnıy Mir" nəşriyyat evi Rusiya Parlamentinin deputatı Anatoliy Qreşnikovun köməkçisinə məxsusdur.
Kitab Azərbaycan tarixinə, mədəniyyətinə, memarlığına nifrət tonunda yazılıb. Kitabın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələrinin birindən sitat gətirilərək, müəllif prezidentin sözlərinin əsasız olması haqqında axmaq fikrə düşüb.
Kitabın 11-ci səhifəsində müəllif Azərbaycan və Türkiyə hakimiyyətlərini erməniləri məqsədli şəkildə öz minillik torpaqlarından köçə məruz qoymaqda ittiham edir.
14-cü səhifədə Rusiya imperiyasının süqutundan sonra Qafqazın Türkiyə tərəfindən işğal edilərək Yelizavetpol və Bakı quberniyalarının ərazisində Azərbaycan yaradıldığı fikri qeyd olunub. Eyni səhifədə 1932-ci il sovet ensiklopediyasına istinadən azərbaycanlıların işğal nəticəsində müxtəlif xalqların birləşməsi nəticəsində yarandığı və guya tatar olduqları qeyd edilir.
17-ci səhifədə qeyd edilir ki, 1918-ci ilə qədər Arazdan Şimala doğru ərazilər Azərbaycan deyil, Şiraz, Şirvan, Şamaxa və "Rus Ermənistanı" adlandırılıb.
Kitabın müxtəlif hissələrində Azərbaycan toponimləri erməniləşdirilib.
Belə ki, Naxçıvan (Naxçiani), Gəncə (Gandzak) və s. kimi təqdim edilib.
Müəllif iddia edir ki, sovet dövründə Azərbaycan SSR ərazisində erməni əhaliyə qarşı etnosit törədilib.
Müəllif azərbaycanlıları tənbəl adlandırıb, qadın və uşaq əməyindən istifadə etməkdə ittiham edib, ermənilərin isə əksinə işgüzar olmaları barədə fikirlər söyləyib. Bu fikirlərini 1959-1961-ci illərdə Azərbaycan SSR-in 2-ci katibi olmuş V.E.Semiçastnının fikirləri ilə əsaslandırıb.
Kitabın müxtəlif bölmələrində Azərbaycan və Türkiyə ermənilərə məxsus tarixi abidələrin məhv edilməsində ittiham edilir və bunun üçün də müxtəlif mənbələrə istinadlara yer verilir.
Xüsusən 2006-cı ildə Azərbaycanın Naxçıvanda erməni tarixi abidəsi kimi təqdim edilən Aqulis şəhərini tamamilə yer üzündən silməsi vurğulanır.
Kitabın 39-40-cı səhifələrində Çardaxlı ilə bağlı qeydlər var və bu kəndin qədim erməni kəndi olması, dünya müharibəsi zamanı buradan 2 erməninin sovet ordusunun marşalı olması qeyd edilir. Azərbaycan 27 min erməni tarixi abidəsini məhv etməkdə ittiham edilir.
Şuşa haqqında bəhs edən müəllif şəhərin yalnız 1992-ci ildə işğal edilməsindən sonra inkişaf etməyə başladığı qeyd edib (səhifə 43). Daha sonra Azərbaycan tərəfindən sistemli şəkildə erməni kilsələrinin alban məbədləri kimi təqdim edilməyə çalışıldığı və tarixin saxtalaşdırıldığı qeyd olunur.
Kitab müəllifi Azərbaycan Respublikasında yaşayan udinlər haqqında təhqiramiz ifadələr səslənidirib və bununla ölkəmizdə milli zəmində ayrı-seçkilik və nifrət yaymağa çalışıb (səhifə 53).
Eyni zamanda Nikita Şangin Azərbaycanın milli şüurunun şovinizm, erməni xalqının demonizasiya edilməsi üzərində qurulduğu iddia edir.
Qeyd edək ki, kitab Rusiyanın ən böyük "Biblio-Qlobus" kitab mağazasında təqdim edilib və burada açıq satışdadır. Eyni zamanda "Ozon.ru", və "MirKniqi" online kitab mağazalarında da satılır.
Kitabın üz qabığını təqdim edirik: