AZ

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk etdi - YENİLƏNİB

Rusiya Xarici İşlər Nazirliyinə gələn Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib.
 
Moderator.az xəbər verir ki, o, diplomatik qurumda bir saata yaxın olub.
 
Səfir heç bir şərh vermədən nazirliyin binasını tərk edib.
 
10:51
 
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Məlumatda deyilir ki, diplomat jurnalistlərə şərh vermədən içəri keçib.
 
Xatırladaq ki, dünən Rusiya XİN Bakıda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın redaksiyasında əməliyyat keçirdikdən sonra Azərbaycan səfirini çağırmışdı.
 
Nazirlik baş verənlərlə bağlı Azərbaycanın rəsmi nümayəndəsinə etirazını bildirmişdi.
 
İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.
 
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Seçilən
12
50
moderator.az

10Mənbələr