AZ

Baş direktor: Yekaterinburqda öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik

Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma yazmışdılar...

Meyiti orada məhkəmə-tibb eksperti müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib?

APA xəbər verir ki, bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

Rusiyalı həkim Ziyəddin Səfərovun ölümünə səbəb olaraq xəstəliyi göstərib. Amma biz daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər heç də birinci qardaşdan fərqlənmirdi. Başın dəri örtüyünün iç səthində qan sızmalar, baş beynin sərt və yumşaq qişalarında qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması qənaətinə gəldik. Döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağ arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Kobud sınıqlar var idi. Hətta biz qabırğanın birini tapa bilmədik, götürmüşdülər. Qabırğaların çoxsaylı sınıqları, diafraqmada qan sızmalar, paranefral sahələrdə qan sızmalar, hemotomalar, onurğada yumşaq toxumalarda yayılmış qan sızmalar, xayaların və xayalığın qançırları və qan sızmalar ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən aldığı çoxsaylı xəsarətlərlə əlaqədar ağır posttravmatik şok olub. Kəskin ziddiyyət ikinci meyitdədir. Rusiya ölümə səbəb kimi ürək çatışmazlığı göstərsə də, biz tamamilə başqa geniş yayılmış travmalar tapdıq”, - Ədalət Həsənov qeyd edib.

Poliqon.info

Seçilən
0
18
poliqon.info

10Mənbələr