AZ

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev özünün X hesabında bildirib.

Onun sözlərinə görə, Sumi regionundan bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib.

“Ukraynalı uşaqlar üçün olan bu proqramı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdarlara təşəkkür edirik”, - səfir qeyd edib.

Seçilən
0
27
apa.az

10Mənbələr