AZ

Ötən gün 17 kiloqrama yaxın narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 16,8 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 611 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 6,8 ton çəkidə 9 min 841 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Seçilən
0
50
ikisahil.az

10Mənbələr