
Polisin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.Ulusum.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar "Sputnik"in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.Əlavə məlumat veriləcək.
Diqqət Çəkənlər
İşğala Son! Livan İsrailin cənubdan çıxması üçün plan hazırladı
Gizem Karaca İlk dəfə Ana Oldu – Körpənin Adı Açıqlandı - FOTO
Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR