Rusiyanın Yekatrinburq şəhərində rus hüquq mühafizə orqanlarının vəhşiliyi ətrafında yaranmış qalmaqalı bu ölkədə yaşayan şovinistlər daha da qızışdırmağa çalışırlar.
Tribunainfo.az xəbər verir ki, ant-Azərbaycan qrupunun başındda dayanan qruplardan biri yeni bir iddia ilə çıxış edib.
Belə ki, rus şpvinistlərinin əsas ruporu olan və mütəmadi olaraq Azərbaycanı hədəfə alan, bu yaxınlarda isə ölkəmizdə yayını dayandırılan “Çarqrad” kanalı Rusiyada yaşayan azərbaycanlıları “ölkəni daxildən qarışdırmaq”da “ittiham” edib. Kanal bildirib ki, Rusiyada etniklərin əli ilə ikinci Maydan Hərəkatı yaratmağa çalışırlar.
Publisist Aleksandr Kartavix isə bir qədər də irəli gedərək, daha şovinist açıqlama verib: “Məncə, “Sadovod” bazarını buldozerlə dağıtmağın vaxtı çatıb. Azərbaycanlıların çalışdığı bazarlar nəzarətə götürülməlidir. Çünki bunlar artıq absurd bəyanatlardır. Onların da nəticələri olmalıdır”.
Fərda Uğur