AZ

Dünya Bankı ilə birgə layihə nəticəsində Azərbaycan 1,8 giqavat yaşıl enerjini şəbəkəyə qoşacaq - Ştefani Ştallmayster

Bakı. Trend:

Azərbaycan və Dünya Bankının birgə icra etdiyi layihənəticəsində ölkə bərpa olunan mənbələrdən 1,8 giqavat elektrikenerjisini şəbəkəyə qoşa biləcək.

Trend xəbərverir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ŞtefaniŞtallmayster Azərbaycan Hökuməti və Dünya Bankı arasında“Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəningenişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsinin imzalanmasımərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycan "yaşıl enerji" ölkəsinəçevrilir: "Ölkə həm COP29-un keçirildiyi dövrdə, həm də butədbirdən sonra "yaşıl enerji" sahəsinin inkişafı istiqamətindəaddımlar atıb və bununla bağlı öhdəliklər götürüb. Bu yenilayihədən sonra digərlərinin də həyata keçiriləcəyinə ümidedirik".

O qeyd edib ki, adı çəkilən layihə başa çatdıqdan sonraAzərbaycan 1,8 giqavat həcmində elektrik enerjisini şəbəkəyəinteqrasiya edə biləcək: "Əlbəttə ki, bu, çox böyük nailiyyətdir.Bundan başqa, bu layihə Azərbaycanın bərpa olunan enerji sahəsinininkişafı üçün vacib olan özəl sektorun bu istiqamətdəinvestisiyalarının genişləndirilməsinə imkan yaradacaq".

Azərbaycanla əməkdaşlığın uğurla davam etdiyini vurğulayan ölkəüzrə menecer Ştefani Ştallmayster Dünya Bankı Qrupunun bundan sonrada Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğunlayihələrin dəstəklənməsi ilə ölkənin dayanıqlı və inklüzivinkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Seçilən
1
13
az.trend.az

10Mənbələr