Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda böyük uduşlarla yadda qalıb. Belə ki, ötən ay nə az, nə çox düz 33 biletdə böyük uduş qeydə alınıb.
Ayın ən böyük uduşu Xırdalanda “10X” lotereyasından qazanılıb. Töhfə Səlimova 200 000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb.
Yeni satışa çıxmış “Sür-Qazan” lotereyası isə düz 19 biletdə 10 000 manatlıq böyük uduşla sevindirib. Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Salyan, Zaqatala, Balakən, Cəlilabadda qazanılıb. Qaliblər sırasında Alıyar Mirzəyev, Elmir Cəbrayılov, Elnur Abdullayev, Lalə Mirzəyeva, Könül Tomuyeva, Bəxtiyar Abdullayev, Rafəddin Əliyev olub.
Bakıda “Xoşbəxt” lotereyası isə 50 000 manat böyük uduşla Gülməmməd Xəlillini xoşbəxt edib. “Xoşbəxt”də daha bir biletdə 5000 manat Qubada udulub.
“Uğurlu 7” də bir biletdə 50 000, 3 biletdə isə 10 000 manatla uğur gətirib. Biletlər Bakı, Abşeron, Naxçıvan və Göyçayda alınıb.
“Prestij” lotereyasında da bir biletdə 50 000, 3 ədəd biletdə də 5 000 manat qazanılıb. Uduşlu biletlər Bakı və Bərdədən alınıb. Şanslı qaliblərdən biri Vəli Əliyev olub.