AZ

Rusiyada azərbaycanlılara hücumun sensasion səbəbləri: ABŞ elə faktlar yaydı ki...

ABŞ-ın “Robert Lansinq İnstitutu” (RLI) beyin mərkəzi Rusiyada azərbaycanlılara qarşı dövlət səviyyəsində törədilən zorakılığın səbəbləri ilə bağlı diqqətçəkən analiz hazırlayıb.

Publika.az
xəbər verir ki, mərkəzin analitikləri baş verən zorakılığın – azərbaycanlılara hücumun bir sıra səbəblərini irəli sürüblər.

Birinci səbəb: Rusiya təhlükəsizlik orqanları arasında daxili qarşıdurma.

RLİ hesab edir ki, Yekaterinburqda azərbaycanlılara hücum edilməsi FSB daxilində rəqib qruplaşmaların qarşıdurmasından qaynaqlana bilər. İstisna deyil ki, Rusiya təhlükəsizlik və kəşfiyyat strukturları arasında diaspor üzərində nəzarət mübarizəsi gedir və bu hücum hakimiyyət uğrunda toqquşmanın nəticəsi olaraq ortaya çıxıb.

İkincisi, Rusiya hakimiyyətinin siyasi repressiyalara haqq qazandırmaq planı.

Hücuma məruz qalanlar uzun müddət Rusiyada yerli bazalarda və ticarət işlərində fəaliyyət göstərib. Mümkündür ki, Rusiya hakimiyyəti siyasi məqsədlərə xidmət edən daha geniş repressiyaya haqq qazandırmaq üçün belə şəxsləri hədəf seçib.

Üçüncüsü, seçkilərdən öncə etnik gərginliyin idarə edilməsi.

Regional seçkilərin yaxınlaşması və Rusiya daxilində millətçi əhval-ruhiyyənin artması fonunda Kreml azərbaycanlılar, özbəklər və çeçenlər kimi böyük diasporlar üzərində nəzarəti gücləndirməyə sövq edir.

Dördüncüsü, anti-türk meylləri.

Türk Dövlətləri Təşkilatının (TDT), xüsusilə bu təşkilatın aparıcı oyunçuları olan Azərbaycan və Türkiyənin təsiri genişlənir. Rusiya rəsmiləri pantürk ideyalarının türkdilli əhali arasında – tatarlar, başqırdlar və s. – yayılmasından getdikcə qorxurlar. Böyük miqrant icmalarının yaşadığı Yekaterinburq coğrafi baxımdan Ankara və Bakının ideoloji təsir üçün qaynar nöqtələrdən biri kimi görünə bilər.

RLİ analitikləri Rusiyanın azərbaycanlılara hücumla Azərbaycana təzyiq etməyə çalışdığı ehtimalını da irəli sürür.

Asif

Seçilən
3
50
publika.az

10Mənbələr