Rusiya Xarici İşlər Nazirliyi bəzi qüvvələrin Rusiya ilə Azərbaycan arasında münasibətlərə təxribat törətməyə çalışdığını bildirib. Nazirlik qeyd edib ki, Moskva münasibətlərə zərər vura biləcək halların qarşısını almaq üçün öz prinsipial mövqeyini Bakıya ardıcıl şəkildə çatdırır.
Diplomatik qurum əlavə edib ki, Qərb Rusiyanı Ermənistan-Azərbaycan normallaşma prosesindən sıxışdırıb çıxarmağa çalışır.