Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev sosial şəbəkələrdə maraqlı bir görüntü ilə gündəmə gəlib.
Videoda general-polkovnik Mədət Quliyev gitarada rus dilində musiqi ifa edir.
Onun ifası sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Kadrları velosiped üzrə idmançı Vüqar Salahov tərəfindən şəxsi hesabında paylaşılıb.
Qeyd edək ki, Mədət Quliyev uzun illər hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışıb. O, 2019–2023-cü illərdə Müdafiə Sənayesi Naziri olub. Hazırda Prezidentin sərəncamı ilə Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.