Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
O qeyd edib ki, qanunsuz fəaliyyətlə bağlı xüsusi istintaq qrupu tərəfindən agentliyin Bakıdakı ofisində axtarış aparılıb:
“Nəticədə qurumun icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov saxlanılıb. Azərbaycan hüquq-mühafizə orqanları bu prosesdə beynəlxalq hüquq prinsiplərinə və insan haqlarına riayət edib. Saxlanılan şəxslər jurnalist fəaliyyəti ilə deyil, başqa hüquqazidd fəaliyyətlə məşğul olmaqda şübhəli bilinir. Rusiya hüquq-mühafizə orqanlarının keçmişdə həyata keçirdiyi əməliyyatlar zamanı insan haqlarının pozulması, insanların xəsarət alması və həyatını itirməsi hallarına rəsmi Moskva susqun qalır. Bu cür hadisələr iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir. Azərbaycan rəsmiləri Rusiyadan bu hadisə ilə bağlı aydın və rəsmi açıqlama verilməsini, həmçinin bu cinayət əməllərində əli olan bütün şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyir. İşin gedişində yeni və vacib detallar üzə çıxa bilər. Bu məsələdə cəmiyyətin və Rusiya tərəfinin tam şəkildə məlumatlandırılması təmin olunacaq”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
apa.azPeskov: Rusiyalı jurnalistlərin Bakıda saxlanılması ikitərəfli əlaqələrin ruhuna qətiyyən uyğun gəlmir ( 18815698)
-
musavat.comRusiya: “Sputnik Azərbaycan” rəhbərlərinin saxlanılması bizi dərin narahat edir” ( 18815368)
-
pravda.azDİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var ( 18813196)
-
demokrat.az“Sputnik Azərbaycan”da saxlanılanların sayı 7-yə ÇATDI ( 18813187)
-
www.bakupost.az"Sputnik Azərbaycan"la bağlı saxlanılanların sayı ARTDI RƏSMİ ( 18813184)
-
sherg.azDİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başlayıb, həbslər var ( 18812941)
-
apa.azDİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var ( 18812923)
-
konkret.az“Sputnik” əməliyyatı: 7 nəfər həbs olundu – RƏSMİ ( 18812917)
-
qafqazinfo.az“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı Həbslər var ( 18812893)
-
qafqazinfo.az“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı, həbslər var ( 18812836)