AZ

Hal şahidliyi niyə ləğv edilib? “Elə ölkələr də var ki, istintaq qeyri obyektiv aparılır”

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Əgər niyyət, istək istintaqı obyektiv aparmaqdırsa, hal şahidinin olub-olmamasının əhəmiyyəti yoxdur. Əsas məhkmə və prokuror nəzarətinin qanuna müvafiq qaydada obyektiv və şəffaf aparımasıdır”.

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Şamil Paşayev deyib.

O, hal şahidliyi və şahid arasında hüquqi fərqlərə aydınlıq gətirib: pizza

“Şahid - iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olandır. Hadisəni görən, cinayət (və ya inzibati xəta) hadisəsi baş verəndə və ya əvvəldən hadisəni məzmununu özündə daşıyandır.

Hal şahidini isə hadisə baş verəndən sonra təhqiqatçı, müstəntiq prosesə cəlb edir. O, hadisəni deyil, hadisədən sonra müstəntiq və ya təhqiqatçının apardığı prosessual hərəkətlərin nəticələrini təsdiq edir.

Şahid iradəsindən asılı olmadan hadisənin iştirakçısına çevrilir, hal şahidi isə prosesə öz razılığı ilə qoşulur. Hal şahidinin cinayət prosesində şəxsi marağı olmur. O, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün istintaq hərəkətinin aparılmasında iştirak edir.

Hal şahidi qismində cəlb olunmuş şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır”.

Şamil Paşayev qeyd edib ki, əsas məsələ məhkmə və prokuror nəzarətinin qanuna müvafiq qaydada obyektiv və şəffaf aparımasıdır:

“Əgər bu şəffaf aparılacaqsa, hal şahidi olsa da, olmasa da heç nə dəyişməyəcək. Dünyanın bir çox ölkələrində hal şahidi institutu yoxdur, amma istintaqları obyektivdir və məhkəmə müstəqilliyi təmin olunub. Dünyada elə ölkələr də var ki, hal şahidliyi olsa da, istintaq qeyri-obyektiv aparılır. Əsas məsələ niyyətdən asılıdır”.

Xatırladaq ki, bir müddət əvvəl Cinayət-Prosessual Məcəlləsində hal şahidliyi ilə bağlı dəyişikliklər edilib.

Nazim Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
yenisabah.az

10Mənbələr