AZ

“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı - 7 nəfər saxlanılıb

"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan") Daxili İşlər Nazirliyinin ( DİN) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, dünən DİN "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.

Milli.Az

Seçilən
0
50
milli.az

10Mənbələr