AZ

BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi (FOTO)

Bakı.Trend:

İyulun 1-də Azərbaycan Respublikası Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya MətbuatFondu (BAMF) tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-dətəmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin açılıştədbiri keçirilib.

Bu barədə Trend-ə Milli QHT Forumundan məlumat verilib.

Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən tədbirdə ilkolaraq Milli QHT Forumunun prezidenti Ramil İskəndərli ev sahibi vəlayihənin əsas icraçı tərəfdaşı kimi iştirakçıları salamlayaraqQHT-lərin layihəyə olan marağını yüksək olduğunu qeyd edib:

“Forum olaraq hər zaman bu cür önəmli və faydalı layihələrinhəyata keçirilməsini dəstəkləyirik. Sevindirici haldır ki,QHT-lərimiz beynəlxalq səviyyədə təmsil olunmaqda maraqlıdırlar vəbu təlimlərdə iştirak edirlər. Son zamanlar QHT-lərimizin xüsusifəallığını ayrıca qeyd etmək istərdim. Artıq Azərbaycan vətəndaşcəmiyyəti təşkilatları öz səsini qlobal səviyyəyə daşıyır vəmüxtəlif platformalarda təmsil olunmağa can atırlar.”

Daha sonra BAMF prezidenti Umud Mirzəyev çıxış edib. Tədbirə evsahibliyi etdiyinə görə Milli QHT Forumuna təşəkkür edən UmudMirzəyev QHT-lərin beynəlxalq platformalarda təmsilçilikimkanlarından və layihənin əhəmiyyətindən danışıb:

“Bu gün sürətlə dəyişən dünyada qeyri-hökumət təşkilatlarınınşəbəkələşməsi və müxtəlif sahələr üzrə fəal iştirakı qlobalsəviyyədə sülh, ədalət və dayanıqlı inkişaf məqsədlərinintəşviqində mühüm rol oynayır. QHT-lər beynəlxalq platformalarda özsəslərini çatdırmaqla yalnız yerli cəmiyyətlərə deyil, həm də bütünbəşəriyyətə töhfə verirlər. Xüsusən, BMT kimi nüfuzlu vəsistemləşmiş bir qurumda təmsil olunmaq daha böyük təsir yarada vəkonkret nəticələr verə bilir. Bu layihəmizin də əsas məqsədi yerliQHT-lərə öz təsir dairələrini genişlətməyə, beynəlxalqplatformalarda təmsil olunmağa və xüsusilə, BMT-nin İqtisadi vəSosial şurasında üzvlük qazanmağa dəstək olmaqdır. Bu gün həqiqətəndə Azərbaycan QHT-lərinin qlobal səviyyədə təmsil olunması üçünreal imkanlar və möhkəm təməl mövcuddur.”

Çıxışların ardınca reqlamentə uyğun olaraq insan hüquqları üzrətəlimçi-ekspert Sahib Məmmədov tərəfindən ilk təlimi keçirilib.BMT-nin müqavilə və nizamnamə mexanizmlərinə həsr olunan birincisessiyada sorğu vasitəsilə seçilmiş 20 QHT nümayəndəsi iştirakedib.

Təlimin sonunda Azərbaycan Respublikası Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə məsuləməkdaşı Mehti Mehtiyev təşkilatçılara və iştirakçılara təşəkküredib və agentliyin bu istiqamətdə olan strategiyasındandanışıb:

“Agentlik olaraq son illər beynəlxalq istiqamətdə atılanaddımlara və təşəbbüslərə xüsusi diqqət ayırırıq. Ötən ilinnoyabrında keçirilən COP29 konfransında və bu il baş tutan QlobalCənub Platformasında agentlik QHT-lərin fəaliyyətinə maksimumdəstək verməyə çalışdı. Bu qarşılıqlı əməkdaşlıq nəticəsində bizçox yaxşı nəticələr əldə etdik. Biz inanırıq ki, bu layihə də həmintəşəbbüslərdən biri kimi öz sözünü deyəcək.”

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərininbeynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-ninİqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldəetmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin işprinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalqhesabatlar hazırlamalarına dəstək olmaqdır. Ümumilikdə 12 sessiyanəzərdə tutulan təlimlər avqust ayının sonunadək davam edəcək.Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılarasertifikatlar təqdim olunacaq.

BAMF
BAMF
BAMF
BAMF
Seçilən
15
50
az.trend.az

10Mənbələr