AZ

"Sputnik Azərbaycan"da saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat daxil olub

 

"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirib ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onun sözlərinə görə, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Seçilən
0
49
missiya.az

10Mənbələr