Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Mançester Yunayted"in futbolçusu Markus Reşford karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Münhen klubu Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayacaq. "Qırmızı şeytanlar" 27 yaşlı ön xətt oyunçusu üçün 40 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, Markus Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"da çıxış edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.