AZ

BMT-dən Putin-Makron telefon danışığına reaksiya

Birləşmiş Millətlər Təşkilatı Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında aparılan danışıqları müsbət qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib. Məlumatı TASS yayıb.

“Mən danışıqların nəticələrini görməmişəm, amma açıq şəkildə deyə bilərəm ki, iki ölkə arasında, xüsusilə də ali səviyyədə hər hansı dialoqu alqışlayırıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Putin və Makron arasında telefon danışığı iyulun 1-də baş tutub. Bu, son üç ildə Rusiya və Fransa liderləri arasında ilk birbaşa dialoq olub.

Seçilən
7
50
nocomment.az

10Mənbələr