Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Apreldə müşahidə edilən leysan yağışları və Dəvəçi çayına gələn sel Şabran rayonunun Xəlfələr, Əmixanlı və Düz Bilici kəndlərində olan körpüləri yararsız vəziyyətə salıb.
10-dan çox yaşayış məntəqəsini birləşdirən yolötürücülərinin yararsız vəziyyətə düşməsi sakinləri çətin vəziyyətə salıb. Ən böyük çətinlik isə 5 kəndi birləşdirən Əmirxanlı yolunda yaşanır.
"Yol 3 aydır ki, bu haldadır. Bir müddət əvvəl maşınlardan biri çaya düşmüşdü. Qış aylarında vəziyyət daha da pisləşəcək", - deyə sürücü Amil Abbasov narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Şabranda sürücülər çətin durumda: Yararsız hala düşən körpülər nə zaman bərpa ediləcək?
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.