AZ

“Azərbaycan-Ural” ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıbYENİLƏNİB/FOTO

Yekaterinburqda saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.

Xezerxeber.az xəbər verir ki, Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski ötən gün axşam saatlarında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış, oğlu daha sonra sərbəst buraxılmışdı.

Şahin Şıxlinskinin azad edilməsi barədə xəbəri Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.

01.07.2025

22:20

Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.

“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. Bu barədə Şahin Şıxlinskinin oğlu vəkil Mutvalı məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

Mutvalı Şıxlinskinin fikrincə, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.

22:00

“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.

Xezerxeber.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib.

Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.

Hazırda yerli hakimiyyət orqanlarından rəsmi açıqlama yoxdur.

  • “Azərbaycan-Ural”
Seçilən
3
39
xezerxeber.az

10Mənbələr