AZ

FIFA 2025: 1/4 final cütləri bəlli oldu

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.

Braziliya təmsilçilərindən "Fluminense" bu raundda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası, "Palmeyras" İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Fransanın PSJ kollektivi Almaniya çempionu "Bavariya"nın, İspaniya təmsilçisi "Real Madrid" isə Almaniyanın "Borussiya" (Dortmund) komandasının müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 4-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
46
qaynarinfo.az

10Mənbələr