AZ

AFFA bölgə klubunu pis vəziyyətdə qoydu – ikinci istək də geri çevrildi 

Premyer Liqada çıxış edəcək “İmişli” klubunun planları pozulub. “Liv Bona Dea Arena”da təlim-məşq toplanışı keçirmək istəyən bölgə təmsilçisi hazırda çıxılmaz vəziyyətə düşüb.

Belə ki, rəhbərlik AFFA-dan istədiyi cavabı ala bilmir. Federasiya “İmişli”yə sözügedən arenanın təbii ot örtüklü meydançalarını verməkdən imtina edib.

Əvəzində “Liv Bona Dea Arena”nın süni örtüklü meydançası təklif edilib. Bu da “İmişli” rəhbərliyini çətin vəziyyətə salıb.

Çünki isti hava şəraitində 15-20 gün davam edəcək toplanışın süni meydançada keçirilməsi komanda üçün uyğun deyil. Futbolçular da bu durumdan narahatdır. 

Klub rəhbərliyi bir neçə dəfə bununla bağlı federasiyaya müraciət etsə də, istədiyi cavabı ala bilmir. Məhz bu səbəbdən “İmişli”nin yay toplanışı yubanır. 

Xatırladaq ki, bölgə klubu daha öncə AFFA-dan “Səbail”in ev oyunlarını keçirdiyi Bayıldakı stadionu da istəmişdi. Ancaq qurum rəhbərliyi həmin arenanı da “İmişli”yə verməkdən imtina edib.

Həsən Quluzadə / İdmanxeber.az 

Seçilən
18
22
idmanxeber.az

10Mənbələr