Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi ehtimal edilən polislərin fotoları dərc edilib.
Bu barədə "Evocation" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, həmin polis zabitləri Viktor Poznyak, Nikolay Paçayevets, Rafael Xamidulin və Aleksandr Smirnıxdır.
Məhz bu şəxslərin ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri və buna görə məsuliyyət daşıdıqları qeyd olunur./oxu.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta