İtaliya millisinin və “Atalanta”nın sol cinah yarımmüdafiəçisi Matteo Ruceri bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi bu transfer üçün İtaliya klubuna 17 milyon avro ödəyib. 22 yaşlı yarımmüdafiəçi yeni klubu ilə müddəti 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Matteo Ruceri “Atalanta”nın yetrməsidir. O, Berqamo klubunun əsas komandasının heyətində bütün yarışlarda 109 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib. İtaliyalı yarımmüdafiəçi bir müddət “Salernitana”da da oynayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.