Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Həştərxan boğucusu” kimi tanınan 64 yaşlı erməni manyak Vaqan Səfəryan Ukraynada döyüşməyə göndərilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ona qarşı cinayət işi dayandırılıb.
"Əvvəllər saxlanılan 64 yaşlı Vaqan Səfəryan bu ilin yazında müqavilə imzalayıb və müharibə zonasında döyüşn hücum bölməsinə gedib. Ona qarşı cinayət işi aprelin 29-dan dayandırılıb", - məlumatda deyilir.
“Həştərxan boğucusu” 2004-cü ildə törətdiyi cinayətə görə artıq 19 il cəza çəkib. O, cəzasını Həştərxanda çəkib.Xatırladaq ki, Səfəryan 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərində cinayətlər törətməyə başlayıb. Onun ən azı üç sübut edilmiş qurbanı var.
Səfəryan ilk dəfə 2004-cü ildə həbs edilib.O zaman , bir nəfəri öldürüb və 19 il müddətinə ciddi rejimli həbsxanaya göndərilib.
Cəzaçəkmə müəssisəsində o, cəzasını yüngülləşdirməyə çalışıb. Nəticədə 2023-cü ildə Səfəryan müddətinin bitməsinə bir qədər tez buraxılıb və məcburi əməyə göndərilib.
Lakin müstəntiqlər onun 26 il əvvəl törədilmiş ikiqat qətldə əli olduğunu sübut etdiyi üçün uzun müddət azadlıqda qala bilməyib.Məlum olub ki, o, 1998-ci ildə Həştərxanda mənzilə soxularaq ana və qızı ilgəklə boğub, sonra isə 45 min rubl (təxminən 770 manat - red.) götürüb.
Səfəryan o zaman saxlanılaraq həbs edilib. O, “İki və ya daha çox şəxsi öldürmək” maddəsi ilə ittiham olunub.İndi isə döyüşməyə əsgər tapa bilməyən Rusiya belə bir manyakı cəbhəyə göndərib
Bundan əvvəl vəkil Yevgeni Xarlamov iddia etmişdi ki, Rusiyada ömürlük həbsə məhkum edilmiş cinayətkarların müharibəyə halları olmayıb.
Vəkil deyib ki, şərti azadlığa çıxmaq üçün müraciət etmək itəyən ömürlük məhbus azı 25 il cəza çəkməlidir.
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.