AZ

Bahar Muradova Gəncədə eyni məktəbdə yeniyetmələrin başına gələn faciələrlə bağlı sualı cavablandırıb

Bakı.Trend:

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova Elgün hadisəsindən sonra Gəncədə onunla eyniməktəbdə yeniyetmələrin başına gələn faciələrlə bağlı suala fikirbildirib.

Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, komitəsədri bununla bağlı Laçında keçirilən ECO Qadınlar Forumu zamanıjurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, həminhadisələrlə bağlı suallara cavab tapılmalıdır:

"İstər hüquqi cəhətdən, istər mənəvi cəhətdən bu doğru olar.Bizim hər birimizin buna bir cavabı olmalıdır.

Çünki cəmiyyətdə belə hadisələr baş verirsə, laqeyd qalmaqolmaz".

O qeyd edib ki, belə faciələrin baş verməsi cəmiyyətə ziyanvurur:

"Bunun olmaması üçün çalışmalıyıq. Həm məktəb, həm buna bağlıdigər sahələr məsələdə məsuliyyət daşımalı, araşdırmaaparmalıdırlar. Açıqlamalarında ehtiyatlı olmalıdırlar. Bu haqdafikir bildirərkən vəziyyətə necə təsir edəcəyini düşünməlidirlər.Çünki sahə ciddi şəkildə məsuliyyətli yanaşma tələb edir. Təbii ki,cinayət varsa məsuliyyətə cəlb olunma işləri aparılmalıdır".

Seçilən
24
50
az.trend.az

10Mənbələr