AZ

Beyləqanda ağır qəza: Xəsarət alanlar var

Beyləqan rayonunda yük maşını ilə minik avtomobili toqquşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "MAN" markalı yük maşını ilə minik avtomobili toqquşub.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) xəstəxanaya hospitalizasiya olunub.

1978-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin sıyrıqları, 1989-cu il təvəllüdlü şəxsə isə sağ dizin açıq yarası, sol dizin sınığı, bədənin müxtəfil nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin edilib.

1978-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1989-cu il təvəllüdlü şəxs isə ixtisaslı tibbi müayinə olunması üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
13
50
cebheinfo.az

10Mənbələr