AZ

Saar A3 ü İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

İsrailin xarici işlər naziri Gideon Saar İranın BAEA (Beynəlxalq Atom Enerjisi Agentliyi) ilə əməkdaşlığı dayandırmaq barədə "qalmaqallı" açıqlamasını pisləyib və Almaniya, Fransa və Böyük Britaniyanı İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında yazıb.

“Snapback mexanizmini aktivləşdirməyin vaxtıdır! "A3" ölkələrini (Almaniya, Fransa və Böyük Britaniya) İrana qarşı bütün sanksiyaları bərpa etməyə çağırıram! İran indicə BAEA ilə əməkdaşlığı dayandırmaq barədə qalmaqallı açıqlama verdi”, - deyə nazir qeyd edib.

“Avropa üçlüyü” 2015-ci ildə İranla imzalanmış nüvə sazişinin tərəfləri olan ölkələrdir. Saar onların qondarma "snapback" bəndinin həyata keçirilməsinə və JCPOA (Birgə Kompleks Fəaliyyət Planı) tərəfindən qaldırılan bütün BMT sanksiyalarının bərpasına çağırıb.

“Bu, nüvə sahəsində bütün beynəlxalq öhdəliklərdən və razılaşmalardan tam imtinadır. Beynəlxalq ictimaiyyət qətiyyətlə hərəkət etməli və İranın nüvə ambisiyalarını dayandırmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməlidir”, - deyə o yazıb.

Bundan əvvəl məlum olub ki, İran prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin ötən ay qəbul etdiyi qanunu təsdiqləyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
39
icma.az

10Mənbələr