AZ

Rusiya büdcəsi batır: 1,5 trilyon rubl borc alacaq

Yazını böyüt
Yazını kiçilt

Rusiya Maliyyə Nazirliyi neft və qaz gəlirlərinin azalması ilə yanaşı artan xərclərin maliyyələşdirilməsi üçün daxili borclanmanın həcmini yüksəltmək qərarına gəlib. İyul-sentyabr aylarında ümumilikdə 1,5 trilyon rubl (təxminən 19,1 milyard dollar) borc alınması planlaşdırılır ki, bu da ayda orta hesabla 500 milyard rubl (təxminən 6,4 milyard dollar) deməkdir.

Hafta.az-ın yazdığına görə, bu rəqəm ilin ilk iki rübündəki borclardan çoxdur. Yanvar-mart dövrü üçün nəzərdə tutulan 1 trilyon rubl (12,7 milyard dollar) əvəzinə 1,4 trilyon rubl, aprel-iyun dövründə isə 1,3 trilyon rubl (16,5 milyard dollar) əvəzinə 1,47 trilyon rubl borc alınıb.

Hökumətin büdcə kəsiri isə əksinə, artır. May ayında büdcə kəsiri üç dəfədən çox artaraq 3,8 trilyon rubla (təxminən 48,4 milyard dollar) çatıb. Bu, ölkənin ÜDM-nin 1,7 faizinə bərabərdir. Neftin qiymətinin düşməsi və rublun möhkəmlənməsi neft və qaz gəlirlərinin 2,6 trilyon rubl (33,1 milyard dollar) itkisinə səbəb olub. Bununla belə, borclanma proqramına yenidən baxılmayıb. Maliyyə Nazirliyi dolların məzənnəsinin gözləniləndən aşağı düşməsi ilə əlaqədar gəlirlər kəsirini doldurmaq üçün əlavə borclanmaya müraciət edə bilər. Digər tərəfdən, bu il üçün nəzərdə tutulan 7,6 faizlik inflyasiya proqnozundan aşağı düşən reallaşmalar səbəbindən dolayı vergi daxilolmalarının da azalması gözlənilir.

Seçilən
14
46
hafta.az

10Mənbələr