AZ

"Rusiya silahlanma sahəsində gücünü artırmaqda davam edir"

"Rusiya bütün növ silahların istehsal həcmini dəfələrlə artırıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Alixanov deyib.

"Bütün silah növləri üzrə ümumilikdə biz həcmləri dəfələrlə artırdıq. Prezidentin iştirakı ilə keçirilən dövlət silahlanma proqramı layihəsinə dair iclaslarda isə sənaye müəssisələri bütün elan olunmuş planları tam şəkildə həyata keçirməyə hazır olduqlarını təsdiq etdilər", - o bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusi hərbi əməliyyatın bütün ehtiyaclarını qarşılamaq və ixrac potensialını reallaşdırmaq üçün müdafiə sənayesi kompleksinin gücünü artırmaqda davam edir.

Seçilən
50
33
operativmm.az

10Mənbələr