Beyləqan rayonunda yük maşını ilə minik avtomobili toqquşub.
Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı MAN markalı yük maşını ilə minik avtomobili toqquşub.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) xəstəxanaya hospitalizasiya olunub. 1978-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin sıyrıqları, 1989-cu il təvəllüdlü şəxsə isə sağ dizin açıq yarası, sol dizin sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin edilib. 1978-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1989-cu il təvəllüdlü şəxs isə ixtisaslı tibbi müayinə olunması üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.