Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Suraxanı rayonunda vətəndaşlar onları təngə gətirən səs-küydən şikayət edir.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Rayonun Yeni Günəşli qəsəbə sakinləri bildirir ki, yaxınlıqda yerləşən restoranın səsi onları narahat edir.
Axşam 23:00 radələrində başlayan musiqi səsi səhərə qədər davam edir ki, bu da oradakı əhalinin haqlı narazılığına səbəb olur.
Sakinləri sadəcə restorandan gələn səs yox, həm də yaxınlıqdakı tikinti ərazisindən gələn səs-küy narahat edib.
Onlar bildirir ki, artıq sözügedən ünvanda səs-küydən yaşamaq qeyri müşkül məsələyə çevrilib.
Həmin kadrları təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.