AZ

Yaxın Şərqdə sabitlik dialoqla mümkün ola bilər - Çin

BAKI, TurkicWorld

İranın nüvə problemi yalnız sülh yolu ilə, siyasi və diplomatik vasitələrlə həll olunmalıdır.

TurkicWorld xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Yaxın Şərqdəki gərginlik fonunda İranın nüvə fəaliyyətləri ilə bağlı mövqeyini açıqlayıb.

O, İranın nüvə proqramından irəli gələn problemlərin yalnız siyasi və diplomatik səylərlə həll edilə biləcəyini bildirib.

Pekində keçirilən mətbuat konfransında İsrailin Şanxaydakı baş konsulu Ravit Baerin “Çin, İranın hərbi və nüvə ambisiyalarını cilovlamaq üçün öz təsirindən istifadə etməlidir” fikrinə cavab verən Mao Ninq, Pekinin bölgədə sülh və sabitliyə önəm verdiyini vurğulayıb.

Mao bütün tərəfləri İranın nüvə məsələsinin siyasi yolla həllinə yönəlməyə çağıraraq bildirib: “Bu məsələdə təzyiq yerinə dialoq və əməkdaşlıq əsas götürülməlidir.”

Xatırladaq ki, İsrail iyunun 13-də İranın bir neçə şəhərindəki nüvə obyektlərinə və hərbi strukturlarına hücum həyata keçirib. Ardınca iyunun 22-də ABŞ, İsrailə dəstək olaraq Natanz, Fordo və İsfahan nüvə komplekslərinə zərbələr endirib. İran bu hücumlara cavab olaraq ertəsi gün Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd hərbi bazasına raket zərbəsi endirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs əldə olunduğunu bəyan edib.

Seçilən
14
16
turkic.world

10Mənbələr