“Ukrayna tərəfi vurğulayıb ki, yardımın göstərilməsində hər hansı gecikmə və ya tərəddüd “təcavüzkarı” sülh axtarmaqdansa, müharibəni və terroru daha da gücləndirməyə təşviq edir”, - Ukrayna XİN-in bəyanatında deyilir.
![]() |
Vaşinqton Kiyevə yardımı dayandırır| VİDEO |
Tərəflər müdafiə təchizatı ilə bağlı məsləhətləşmələrin hazırkı vəziyyətini, həmçinin Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və sülhə nail olmaq üçün Rusiyaya təzyiqin artırılması istiqamətində gələcək addımları müzakirə ediblər.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Vaşinqtonun Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə (HHM) raketləri və dəqiq idarəolunan hərbi sursatların təhvil verilməsini müvəqqəti olaraq dayandırdığı barədə “NBC News” telekanalının yaydığı məlumatı təsdqiləyib.
Sahil İsgəndərov
AzVision.az